"Human Rights Watch" Aİ-ni Gürcüstan hakimiyyətinə qarşı sərt tədbirlər görməyə çağırır
Beynəlxalq insan haqları təşkilatı "Human Rights Watch" (HRW) Avropa İttifaqını Gürcüstan hakimiyyətinə qarşı tədbirləri sərtləşdirməyə çağırır.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, təşkilat hesab edir ki, Avropa İttifaqı və Avropa Şurası təhlükəsizlik qüvvələrinin və aqressiv qrupların nümayişçilərə qarşı hədsiz güc tətbiq etməsi hallarını araşdırmalı və qanunsuz hərəkətlərin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir.
“Gürcüstanda mübahisəli parlament seçkilərindən sonra yaranmış siyasi və konstitusiya böhranı, insan haqları ilə bağlı vəziyyətin ölkədəki etiraz aksiyalarına sərt reaksiyası növbəti fəsadlar təhlükəsi yaradır.
Avropa İttifaqı Gürcüstan hakimiyyətinin repressiv hərəkətlərini pisləyib, lakin qəti addımların vaxtı çatıb. Aİ qeyri-qanuni güc tətbiqini, əsassız həbsləri və pis rəftar və işgəncə ilə bağlı artan sübutları araşdırmaq üçün Avropa Şurası və BMT ekspertləri tərəfindən zorakılıqla bağlı müstəqil araşdırmaların aparılmasında israr etməlidir”, - deyə "Human Rights Watch"un bəyanatında deyilir.