Aİ Gürcüstana siyasi missiya göndərəcək


Avropa İttifaqı (Aİ) seçkilərdən sonra ölkədəki vəziyyəti öyrənmək üçün Gürcüstana “siyasi missiya” göndərəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozef Borrel Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə çıxışında deyib.

"Biz baş verənləri öyrənmək üçün Gürcüstana siyasi missiya göndərəcəyik" - deyə Borrel qeyd edib.

Gürcüstan prezidenti Salome Zurabişvili Mərkəzi Seçki Komissiyasının səsvermə ilə bağlı yekun məlumatlarını şərh edərək, yeni parlament seçkilərinin keçirilməsinə çağırıb. Onun sözlərinə görə, respublikanın düşdüyü siyasi böhrandan çıxmaq üçün yeni parlament seçkilərinin keçirilməsinə ehtiyac var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu