Borrel etiraf edib ki, Aİ Kiyevə vəd etdiyi sursatı çatdıra bilməyib


Avropa İttifaqı ölkələri Ukraynaya 1 milyon sursat tədarük edəcəyinə söz vermişdilər, baxmayaraq ki, bilmirdilər bunu edə biləcəklər ya yox.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.

"Ukraynada müharibə başlayanda və biz Ukraynaya 1 milyon mərmi verəcəyimizə söz verəndə, bunu bacarıb-bacarmayacağımızı bilmədən dedik, sonra isə məlum olur ki, bacarmırıq", - deyə Aİ rəhbəri qeyd edib. Borrel bildirib ki, Aİ müharibə vəziyyətini istəmir: “Biz ordularımızı yenidən təchiz etməkdən, Ukraynaya bütün lazımi yardımı göstərməkdən uzağıq”.

Onun sözlərinə görə, avropalılar yaşadıqları geosiyasi mühitdən tam məlumatlı deyillər. "Bizim çox mühüm texnoloji boşluğumuz var və bu boşluq geosiyasi kontekstdə çox təhlükəli olur", - deyə siyasətçi əlavə edib: "Biz sərt, münaqişələrlə dolu, parçalanmış bir dünyada yaşayırıq."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu