Kiyev üçün təhlükəsizlik zəmanəti hərbi yardımı əhatə edir - Borrel
Aİ və Ukraynanın imzaladığı "Kiyev üçün təhlükəsizlik təminatları haqqında" saziş bu ölkəyə hərbi, maliyyə və diplomatik yardımı əhatə edir.
AFN.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borrell Brüsseldə iki günlük Aİ sammitində iştirak üçün gələrkən jurnalistlərə bildirib.
“Bu sammit xüsusilə vacibdir, çünki biz prezident Zelenski ilə hərbi, maliyyə və diplomatik yardımı əhatə edən təhlükəsizlik zəmanətləri imzalayacağıq”.