Trüdo: ABŞ Kanadaya qarşı ticarət müharibəsinə başlayıb


Birləşmiş Ştatlar Kanadaya qarşı ticarət müharibəsi başlatdı, buna görə də Ottava Vaşinqtona qarşı cavab olaraq yeni rüsumlar tətbiq etdi.


AFN.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.

"Bu gün ABŞ ən yaxın tərəfdaşı və müttəfiqi olan Kanadaya qarşı ticarət müharibəsi başlatd. ABŞ tarifləri bu səhərin erkən saatlarında qüvvəyə mindi və Kanada da eyni vaxtda cavab verdi" - deyə Trüdo qeyd edib.

O, Kanadanın 155 milyard Kanada dolları (107,4 milyard dollar) dəyərində Amerika mallarına 25%-lik rüsumlar tətbiq etdiyini söyləyib.

"Bundan əlavə, biz Ümumdünya Ticarət Təşkilatına və USMCA vasitəsilə mübahisələrin həlli ilə bağlı iddialar qaldırmışıq" - deyə baş nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu