Aİ 2025-ci ilin sonuna qədər Kiyevə silah üçün 900 milyon avro ayıracaq


Avropa İttifaqı 2025-ci ilin sonuna qədər Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirləri Kiyevə silah və sursatların alınması üçün ayırmaq niyyətindədir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Aİ-Ukrayna hərbi əməkdaşlıq konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ilin sonuna kimi Kiyevə sursat və silahların alınması üçün daha 900 milyon avro ayrılacaq. Kubilius həmçinin xatırladıb ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas mayın 9-da Lvovda Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə yatıracağını vəd edib və bu pulun “müxtəlif dronların istehsalına” gedəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu