Makron: Ukraynada münaqişə bitdikdən sonra Rusiya ilə dialoqa ehtiyac var


Avropa ölkələri Ukrayna münaqişəsi bitdikdən sonra Rusiya ilə dialoqa getməli olacaqlar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitin yekunlarına dair mətbuat konfransında deyib.

"Münaqişədən sonra nə baş verəcəyi ilə bağlı Rusiya ilə danışıqlar aparmaq lazım gələcək. Münaqişə başa çatdıqdan sonra biz danışıqlar masası arxasına oturub Rusiya prezidenti Vladimir Putin və onun danışıqlar aparan komandası ilə həm Ukraynanın, həm də avropalıların gələcəyini müzakirə edəcəyik" - deyə Makron bildirib.

Onun sözlərinə görə, Rusiyaya təsir rıçağı sanksiyalar siyasətinin davamlı olmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu