Makron: Vaxtı gələndə Putinlə dialoqa hazıram

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə vaxtı gələndə dialoqa hazır olduğunu bildirib.
“Volodimir Zelenski və avropalı tərəfdaşlarımız anın doğru olduğunu hiss etdikdə, mən prezident Putinlə danışmağa hazıram”, - deyə Makron bildirib.
O əlavə edib ki, liderlərin danışıqlarından əvvəl danışıqlar aparan tərəflər arasında təmaslar olmalıdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Makron dialoqa hazır olması barədə bəyanatlarına baxmayaraq, Putinlə ünsiyyət üçün hələlik real addımlar atmayıb.