Putinlə Makron Qarabağı müzakirə etdilər


Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun telefon danışığı olub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putinlə Makron Qarabağ məsələsi üzrə sinxron hərəkət etmək niyyətində olduqlarını vurğulayıblar.

“Qarabağ nizamlanmasına dair fikir mübadiləsi zamanı vəziyyətin sabitləşməsindən və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində görülən səylərdən məmnunluq ifadə olunub”, - deyə məlumatda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu