Putinlə Makron Qarabağı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı ölkə liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Putin Soçi görüşünün nəticələri barədə məlumat verib. O, həmçinin, fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.