ABŞ Ər-Riyadda Rusiya və Ukrayna arasında dolayı danışıqlar aparmaq niyyətindədir


Birləşmiş Ştatlar bu həftə Ər-Riyadda Rusiyadan olan texniki qruplar və Kiyev hakimiyyəti arasında Ukraynadakı münaqişənin nizamlanması məsələsi ilə bağlı dolayı danışıqlar aparmaq istəyir.


Bunu Vaşinqtonun Vladimir Zelenski və Ukrayna rəhbərliyi ilə təmaslarına nəzarət edəcək ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "The Glenn Beck" proqramına müsahibəsində deyib.

"Bu həftə Səudiyyə Ərəbistanında yaxınlıq danışıqları üçün texniki qruplar təşkil edirik, burada iki tərəf ayrı otaqlarda oturur və biz tərəflərə şərtlərinin nə olduğu ilə bağlı suallar veririk" - deyə Kelloq bildirib. Onun sözlərinə görə, bu, əslində, Ər-Riyaddakı otaqlar arasında xidmət diplomatiyasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu