Zelenski: Kiyev və Vaşinqton danışıqlar qruplarının işini bərpa edib

Kiyev və Vaşinqton danışıqlar qruplarının işini bərpa edib, gələn həftə Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü baş tuta bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna və Amerika komandaları işi bərpa ediblər və ümid edirik ki, gələn həftə bizim mənalı görüşümüz olacaq” - deyə Zelenski qeyd edib.
Bundan əvvəl "Axios" mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ və Ukrayna nümayəndə heyətləri martın 12-də Səudiyyə Ərəbistanında görüş keçirəcək.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals da dünən bildirib ki, Vaşinqton tərəflərin yeni görüşünün yeri, tarixi və danışıqlar qrupunun tərkibi ilə bağlı Kiyev hakimiyyəti ilə dialoq aparır.