Ankarada Türkiyə və Ukrayna prezidentlərinin qapalı görüşü keçirilib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, danışıqlar başlamazdan əvvəl Ərdoğan ukraynalı həmkarını prezident kompleksinin girişində qarşılayıb.

Hər iki ölkənin prezidentləri Türkiyə və Ukraynanın dövlət bayraqları fonunda xatirə şəkli çəkdiriblər.

Türkiyə mətbuatının məlumatına görə, görüş bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, bu gün Rusiya-Amerika danışıqları Səudiyyə Ərəbistanında baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu