Rusiya: Ukrayna ilə bağlı sülh təkliflərimizi ləğv etməmişik


Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna ilə bağlı sülh təkliflərini ləğv etmədiklərini, lakin Kurskdakı vəziyyətə görə hazırkı mərhələdə danışıqlar apara bilmədiklərini bildirib.



Uşakov Bakıda rusiyalı jurnalistlərə Ukrayna məsələsi ilə bağlı açıqlamalar verib.

Rusiya ilə Ukrayna arasında danışıqların mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Uşakov Ukrayna qoşunlarının avqustun əvvəlində Kursk bölgəsinə daxil olduğuna diqqət çəkib və deyib:

"İndiki mərhələdə Kurskdakı vəziyyəti nəzərə alaraq, danışıqlar aparmayacağıq. Bizim sülh təklifimiz ləğv edilməyib. Hazırda danışıqlar aparmaq məqsədəuyğun deyil".

“Washington Post” qəzetinin “Ukrayna ordusunun Kursk bölgəsinə daxil olması Kiyev və Moskva arasında Qətərdə aparılan birbaşa danışıqları pozdu” iddiasına gəlincə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Heç kim heç nəyi pozmayıb, çünki pozula biləcək heç nə yoxdur. Rusiya və Kiyev administrasiyası iki ölkə arasında mülki əhəmiyyətli infrastruktur elementlərinin təhlükəsizliyi ilə bağlı heç bir birbaşa və ya dolayı danışıqlar aparılmayıb və yoxdur" ifadələrini işlədib.

Avqustun 6-da Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsinə daxil olması ilə iki ordu arasında başlayan şiddətli toqquşmalar davam edir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu