Ukrayna Kurskda körpünü raketlə vurdu
Ukrayna ordusu Rusiyanın Kursk vilayətində Seym çayı üzərindəki körpünü vurub. Rusiya Xarici İşlər Nazirliyi Kursk bölgəsinə ilk dəfə olaraq Qərb istehsalı olan raket sistemləri ilə hücum edildiyini açıqlayıb.
Ukrayna ordusu avqustun 6-dan Rusiyanın Kursk vilayətində irəliləyir. Ukrayna Kursk vilayətində Seym çayı üzərində strateji əhəmiyyətli körpünü partladıb. Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşçuk bəyan edib ki, Rusiya ordusuna təchizat marşrutu hədəfə alınıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücumla bağlı açıqlamasında, "Kursk bölgəsi ilk dəfə Qərb istehsalı olan, ehtimal ki, ABŞ-a məxsus HIMARS reaktiv yaylım atəşi sistemi ilə vuruldu. Seym çayı üzərindəki körpü dağıdıldı. Hücum nəticəsində evakuasiya edilən vətəndaşlara kömək edən könüllülər həlak oldu" ifadələrini işlədib.
Ukrayna Baş Qərargah rəisi Oleksandr Sırski bəyan edib ki, Rusiya ərazisinə qarşı əməliyyatın başlamasından 11 gün keçməsinə baxmayaraq, Kursk vilayətinin bəzi bölgələrində 1-3 kilometr irəliləyib. Ukrayna prezidenti Volodimir Zelenskiyə videobağlantı vasitəsilə brifinq verən Sirski Ukrayna sərhədindən təxminən 11,5 kilometr aralıda yerləşən Malaya Loknya bölgəsində toqquşmaların olduğunu bildirib. Sırski bildirib ki, qarşıdurmalar zamanı çoxlu rus əsgərinin əsir düşəcəyi gözlənilir.
Qeyd edək ki, Ukrayna administrasiyası avqustun 6-dan bəri regionda 1150 kvadrat kilometr ərazidə 82 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.
Mənbə: İHA