Rusiyanın Kursk vilayətində qarşıdurmalara görə fövqəladə vəziyyət elan edilib
Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov bildirib ki, Rusiya və Ukrayna hərbi qüvvələri arasında baş verən qarşıdurmalar səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib.
Smirnov Telegram kanalında verdiyi açıqlamada Ukrayna ordusunun dünən Kursk bölgəsinə başlatdığı hücumlardan sonrakı vəziyyətlə bağlı məlumat verib.
Vəziyyətin çətin olduğunu, lakin nəzarət altında olduğunu bildirən Smirnov, "Düşmən qoşunlarının Kursk bölgəsinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən etibarən bölgədə fövqəladə vəziyyət elan etmək qərarına gəldim" ifadələrini işlədib.
Rusiya Səhiyyə Nazirliyi bölgədə Ukrayna əsgərlərinin hücumu nəticəsində yaralananların sayının 31-ə yüksəldiyini açıqlayıb.