Kelloq: ABŞ-ın müharibənin bitməsini istəyir


Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Kiyevə səfəri zamanı vurğulayıb ki, Birləşmiş Ştatlar Ukrayna üçün təhlükəsizlik təminatının zəruriliyini tanıyır.


AFN.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Ukrayna paytaxtında jurnalistlərə açıqlama verən Kelloq Ukraynaya ölkə liderlərinin narahatlığını dinləmək üçün gəldiyini və prezident Trampla məsləhətləşmələr üçün ABŞ-a qayıtdığını bildirib.

"ABŞ Ukraynada müharibənin bitməsini istəyir, bu, region və dünya üçün yaxşı olardı" - deyə Kellloq qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski Kelloqla görüşdən əvvəl jurnalistlərə bildirib ki, ABŞ rəsmiləri müharibədən sonrakı potensial sülhməramlı missiyanın bir hissəsi kimi ABŞ qoşunlarının yerləşdirilməyəcəyini desələr də, Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etmək kimi kömək etməyin başqa yolları var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu