ABŞ və Rusiya Ukraynadakı münaqişəni daha tez dayandırmaq üçün çalışacaqlar - Tramp


ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Ukraynada tam atəşkəs rejiminin tətbiqi üçün tez işləmək barədə razılığa gəliblər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu D.Tramp bildirib.

“Biz bütün enerji və infrastruktur hədəfləri üzrə dərhal atəşkəsə razılaşdıq ki, tam atəşkəsə və son nəticədə Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymağa doğru sürətlə işləyəcəyik”, - deyə o, "Truth Social"dakı hesabında yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu