İranda bir çox sənaye zonaları təbii qaz çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb


İranın vitse-prezidenti Məhəmməd Cafer Kaimpenah ölkədə təbii qazın olmaması səbəbindən bəzi sənaye bölgələrində fabrik və emalatxanaların fəaliyyətinin dayandığını bəyan edib.



İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kaimpenah Tehranda keçirilən “18-ci Gənc İstehsalçılar və Menecerlər Festivalı”nda çıxış edib.

Kaimpenah insanların üşüməməsi üçün ölkənin şimal, şimal-şərq və şimal-qərbindəki sənaye sahələrinin əksəriyyətini bağlamalı olduqlarını deyib.

İranın təbii qaz ehtiyacının 945 milyon kubmetr olmasına baxmayaraq, təxminən 840 milyon kubmetr hasil edildiyinə diqqət çəkən Kaimpenah, "Normal hava şəraitində gündəlik təxminən 100 milyon kubmetr enerji kəsirimiz var. Ölkənin 945 milyon kubmetr təbii qaza olan tələbatının 620 milyon kubmetrdən çoxu yalnız ev təsərrüfatları, kommersiya müəssisələri və kiçik sənaye müəssisələri tərəfindən istehlak edilir” deyib.

Qeyd edək ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına görə, Rusiya 47 trilyon kubmetrlə dünyada təsdiqlənmiş ən böyük təbii qaz ehtiyatlarına sahibdir. İran isə 34 trilyon kubmetrlə ən yüksək qaz ehtiyatına malik ikinci ölkədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu