Braziliyada daşqın nəticəsində ölənlərin sayı 169-a yüksəlib


Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin və itkin düşənlərin sayının artdığı açıqlanıb.


Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 3 həftədir davam edən yağışların səbəb olduğu sellər nəticəsində can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiə Xidmətindən verilən açıqlamada ölənlərin sayının 169, itkin düşənlərin sayının isə 56 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Digər tərəfdən, suyun səviyyəsinin aşağı düşdüyü bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu qeyd edilib.

Bildirilib ki, hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır və normal vəziyyətə düşmək üçün vaxt lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu