Braziliyada daşqın nəticəsində ölənlərin sayı 101-ə yüksəlib


Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 101-ə, itkin düşənlərin sayının isə 128-ə yüksəldiyi açıqlanıb.


Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

Ştatın Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 101-ə, itkin düşənlərin sayının isə 128-ə yüksəldiyi bildirilib.

Açıqlamada daşqınların ölkə tarixinin ən böyük iqlim fəlakətlərindən biri olduğu vurğulanıb və 230 min 500 insanın evini tərk etmək məcburiyyətində qaldığı, ümumilikdə 1,5 milyon insanın təbii fəlakətdən mənfi təsirləndiyi bildirilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva verdiyi açıqlamada zədələnmiş infrastrukturun və dağılmış evlərin yenidən qurulması üçün lazımi hüquqi tənzimləmələri edəcəklərini bildirib.

Ölkədəki iqlim faciəsinin dünyaya bir xəbərdarlıq olduğunu deyən Lula da Silva planetin təhlükəsizliyi üçün hərəkətə keçməli olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu