Braziliyada daşqın nəticəsində ölənlərin sayı 29-a yüksəlib


Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 29-a, itkin düşənlərin sayının isə 60-a yüksəldiyi bildirilib.


Ölkənin cənubundakı Rio Grande do Sul əyalətində bir neçə gündür təsirli olan yağışlar can və mal itkisinə səbəb olub.

Ştatın Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 29-a, itkin düşənlərin sayının isə 60-a yüksəldiyi bildirilib.

Açıqlamada yağışların 154 qəsəbəyə ciddi ziyan vurduğu və 71 min 300 nəfərin seldən əziyyət çəkdiyi bildirilib.

Rio Grande do Sul qubernatoru Eduardo Leite mətbuata açıqlamasında hələ də çata bilmədikləri yerlərin olduğunu vurğulayıb və deyib: "Biz son dərəcə müstəsna bir vəziyyətdən keçirik. Bu, kritik bir hadisə deyil, tarixin ən dağıdıcı hadisəsidir".

Ölənlərin sayının arta biləcəyinə işarə edən Leite, axtarış-xilasetmə işlərinin qurudan, dənizdən və havadan davam etdiyini bildirib.

Leite faciənin 180 gün ərzində fövqəladə vəziyyət elan etdiklərini və insanların fəlakət bölgəsindən çıxarılması üçün ciddi səy göstərdiklərini bildirib.

Digər tərəfdən Antaş çayı üzərində qurulan bəndin güclü axına tab gətirə bilməyərək çökdüyü, ətraf bölgələrdəki qəsəbələrin su altında qaldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu