Braziliyada daşqın nəticəsində ölənlərin sayı 36-ya çatıb


Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 36-ya çatıb.


Rio Qrande do Sul əyalətinin qubernatoru Eduardo Leite şiddətli yağışların səbəb olduğu daşqınlarda can itkisinin artdığını açıqlayıb.

Leite qeyd edib ki, fövqəladə xilasetmə əməliyyatlarına başlanılan ştatda mindən çox insan evlərinin damında xilas olunmağı gözləyir.

Bazar ertəsi günündən bəri davam edən leysan yağışların səbəb olduğu seldən 52 min adamın və 70 qəsəbənin zərər çəkdiyi açıqlansa da, fövqəladə vəziyyətin elan edildiyi əyalətdə 5300-dən çox adam evlərini tərk etmək məcburiyyətində qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu