Braziliyada qasırğa nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb


Braziliyanın Rio-Qrande-du-Sul əyalətini vuran qasırğa nəticəsində ölənlərin sayı 31-ə çatıb.


AFN.az-ın xəbərinə görə, bu barədə yerli G1 portalı xəbər verir. Bildirilir ki, daha əvvəl 27 nəfərin öldüyü deyilirdi. Siklon güclü külək və leysan yağışları ilə müşayiət olunub ki, bu da çayların sahillərini aşmasına və daşqınlara səbəb olub.
G1-in məlumatına görə, siklon nəticəsində 3 minə yaxın insan evlərini tərk etməli olub, 1,6-dan çox insan evsiz qalıb. Ümumilikdə, elementlər 66 şəhərə təsir edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu