Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 7 min nəfərə çatıb
Liviyanın şərqindəki Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 7 minə çatıb.
"Derna şəhərində "Daniel" qasırğasının qurbanlarının sayı 7 minə çatıb", - deyə yerli mediada bildirilib.
“Daniel” siklonunun yaratdığı güclü yağışlar Liviyanın şərqində Əl-Bayda və Derna da daxil olmaqla bir sıra şəhər və qəsəbələrdə daşqınlara səbəb olub. Güclü yağışlar səbəbindən bölgədə hava limanları və dəniz limanları bağlanıb. Ölkənin şərqindəki Sus və Derna şəhərləri təbii fəlakət zonası elan edilib. Daşqından zərər çəkmiş şəhərlərdə komendant saatı tətbiq edilib.