Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib
Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 150-yə, itkin düşənlərin sayının isə 112-yə yüksəldiyi bildirilib.
Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində iki həftədir davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artır.
Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 150, itkin düşənlərin sayının isə 112 olaraq yeniləndiyi bildirilib.
Açıqlamada yaralananların sayının 807-yə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 120 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.
Fəlakət bölgəsindən 80 min insanın xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.