Rəfah yaxınlığında İsrail və Misir əsgərləri arasında toqquşma baş verib


Qəzza zolağının cənubundakı Rəfah Sərhəd Qapısı yaxınlığında İsrail və Misir əsgərləri arasında toqquşma olduğu açıqlanıb.


İsrail ordusundan verilən açıqlamaya görə, Rəfah Sərhəd Qapısında Misir əsgərləri ilə İsrail əsgərləri arasında qarşıdurma yaranıb.

Açıqlamada hadisənin araşdırıldığı və Misir tərəfi ilə dialoqun davam etdiyi vurğulanıb.

Misir ordusunun sözçüsü Qərib Əbdülhafiz münaqişə ilə bağlı açıqlama verib. O, Rəfah sərhəd xəttində bölgənin təhlükəsizliyinə cavabdeh olan təhlükəsizlik işçisinin yanğın nəticəsində həyatını itirdiyini bildirib.

Əbdülhafez hadisə ilə bağlı açıqlamasında Misir Silahlı Qüvvələrinin səlahiyyətli orqanlar vasitəsilə araşdırma apardığını vurğulayıb.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.

Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu