İsrail ordusu Rəfaha əlavə hərbi hissələr göndərir


İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə əlavə hərbçi göndərdiyi və burada qurudan hücumu genişləndirdiyi açıqlanıb.



“The Times of Israel”in yazdığına görə, İsrail ordusu gecə saatlarında Rəfahın şərqində yerləşən 162-ci diviziyaya qoşulmaq üçün komando bölməsi göndərib.

Xəbərdə baş nazir Benyamin Netanyahu hökumətinin İsrailin Rəfahda quru hücumlarını genişləndirməsinə icazə verdiyi bir vaxtda Rəfaha əlavə hərbi qüvvələr göndərildiyi qeyd edilib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu