Netanyahu Rəfəha qurudan hücumu təxirə saldı
İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücumu təxirə saldığı iddia edilib.
İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə, ötən həftə Rəfaha qurudan hücum üçün tarixin müəyyənləşdiyini deyən Netanyahunun bu addımı təxirə saldığı iddia edilib.
Xəbərdə Netanyahunun Rəfaha quru hücumunu niyə və nə vaxta qədər təxirə saldığına dair heç bir məlumat verilməyib.
Qeyd edək ki, Netanyahu aprelin 8-də verdiyi açıqlamada Rəfaha qurudan hücumun tarixinin müəyyən edildiyini bildirib.