Hindistanda əyləncə parkında baş verən yanğın nəticəsində ən azı 20 nəfər həyatını itirib


Hindistanın Qucarat əyalətində polisin verdiyi açıqlamada Rajkot şəhərindəki əyləncə parkında yanğın baş verib.



Açıqlamada yanğının baş vermə səbəbinin hələ müəyyən edilmədiyi, ilkin məlumata görə 20 nəfərin həyatını itirdiyi bildirilib.

Məlumatda daha çox insan tələfatının ola biləcəyi və xilasetmə işlərinin davam etdirildiyi qeyd edilib.

Hindistanın baş naziri Narendra Modi X sosial media hesabından verdiyi açıqlamada yerli hökumətin yanğından zərər çəkənlərə yardım etdiyini və çox təəssüfləndiyini bildirib.

Baş nazir Bhupendra Patel də hadisəni araşdırmaq üçün xüsusi qrup təyin etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu