Hindistanda tələbə və müəllimləri daşıyan qayığın batması nəticəsində 14 nəfər ölüb


Ötən gün Hindistanın qərbindəki Qucarat əyalətində tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində 14 nəfər ölüb.


Polis ştatın Vadodara şəhərindəki göldə tələbə və müəllimləri daşıyan kiçik qayığın çevrildiyini açıqlayıb.

Qayıqda 4 müəllim və 24 şagirdin olduğunu qeyd edən səlahiyyətlilər, onlardan 14 nəfərin öldüyünü açıqlayıb.

Ştat baş naziri Bhupendra Patel qəzadan sağ çıxanlara lazımi yardım və müalicənin göstərilməsini əmr etdiyini qeyd edib.

Patel axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Hindistanın baş naziri Narendra Modi sosial media platformasında hadisə ilə bağlı paylaşım edib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu