İndoneziyada qayığın batması nəticəsində 15 nəfər ölüb, 19 nəfər itkin düşüb
Yerli axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Ərəfah bildirib ki, gecə yarısından dərhal sonra çevrilən qayıq Lanto kəndindən Sulavesidən cənub-şərqdə, Buton Mərkəzi bölgəsindəki Lagili kəndinə doğru gedirmiş.
Sözügedən sərnişin qayığının tutumundan artıq sərnişin daşıdığı üçün çevrildiyini bildirən Ərafa, qayıqda olan 15 nəfərin öldüyünü, 19 nəfərin isə itkin düşdüyünü bildirib.
Ərafa qeyd edib ki, xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edib, 19 nəfər itkin düşənlərin axtarışı davam edir.
20 nəfərlik taxta qayıqda 40 nəfərin olduğu açıqlanıb.