Hindistanda qayığın batması nəticəsində 6 nəfər ölüb
Hindistanın Cammu və Kəşmir bölgəsində qayığın batması nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər ölüb, 10 nəfər itkin düşüb.
Hindistanın NDTV kanalının xəbərinə görə, qayıq Cammu və Kəşmirin Şrinaqar şəhərində Jelum çayı üzərində tikilməkdə olan körpünün ayağına çırpılaraq aşıb.
Səlahiyyətlilər batmış qayıqda 4-ü uşaq olmaqla 6 nəfərin öldüyünü, 10 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Bildirilib ki, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (SDRF) itkin düşənlərin axtarış-xilasetmə işlərini davam etdirir.