Konqoda faciə: 40 nəfər boğularaq öldü


Konqo Demokratik Respublikasının Ekvator əyalətində qayığın batması nəticəsində ən azı 40 nəfər həyatını itirib, 167 nəfər isə itkin düşüb.


Milli mətbuatda yer alan xəbərə görə, gecə saatlarında Ekvator əyalətinin Mbandaka qəsəbəsindəki limandan çıxan və Konqo çayı üzərində Bolombaya doğru hərəkət edən qayıq aşıb.

Qəza nəticəsində azı 40 nəfər ölüb, 167 nəfər itkin düşüb.

Təxminən 190 nəfərin xilas edildiyi qəzada axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, yola çıxdıqdan bir neçə saat sonra qayıq həddindən artıq yükləndiyi üçün irəliləməkdə çətinlik çəkib və ekipajın tarazlıq cəhdi zamanı yana əyilərək tamamilə batıb.

Xüsusilə mövsümi yağışların intensiv olduğu dövrlərdə baş verən bu növ dəniz qəzaları qayıqlara texniki qulluq göstərilməməsi, onların tutumundan artıq yük və sərnişin daşıması nəticəsində baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu