Vəbadan qaçmaq istədilər, qayıq qəzasında öldülər


Afrika ölkəsi Mozambikdə qayığın batması nəticəsində aralarında uşaqların da olduğu 94 nəfər həyatını itirib, 26 nəfərdən isə xəbər yoxdur.


Verilən açıqlamalarda, qayığın əslində bir balıqçı gəmisi olduğu və icazəsiz daşınmaq üçün dəyişdirildiyi, tutumundan daha çox yük daşıdığı bildirilir.

"Dünən baş verən hadisədə içərisində 130 nəfərin olduğu qayığın batdığı xəbərini aldıq və 94 nəfərin cəsədini tapdıq. 26 nəfər itkin düşüb" - deyə INSTRASMAR direktoru Lourenco Maçadonun açıqlamasında qeyd edilib.

Qayığın ölkənin Nampula əyalətinin Lunqa bölgəsindən Mozambik adasına doğru üzdüyünü qeyd edən Maçado, ilkin ehtimallara görə, qayığın güclü dalğa ilə toqquşduğunu bildirib.

Nampula əyalətinin naziri Jaime Netoise, qayıqdakı insanların vəba epidemiyasından xilas olmaq üçün qaçmağa çalışdıqlarını, qayığın həddindən artıq dolu olduğunu və sərnişin daşımaq üçün yararlı olmadığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu