Hindistanda aşmış avtobus yandı - 25 nəfər öldü, 8 nəfər yaralandı


Hindistanın Maharaştra əyalətində avtobusun baryerlərə çırpılaraq aşması və alovlanması nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər həyatını itirib.


Hindistanın Maharaştra ştatının Buldhana rayonunda magistral yolda Pune şəhərinə gedən avtobus yerli vaxtla saat 01:30 radələrində maneələrə çırpılıb.

Aşan avtobus alov topuna çevrildiyi üçün bölgəyə polis və tibb briqadası göndərilib. Dəhşətli qəzada 25 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

Yaralılar xəstəxanalara çatdırılıb. Həyatını itirənlərin çoxunun avtobusdan düşə bilmədiyi öyrənilib.

Hindistanın baş naziri Narendra Modi sosial media hesabında qəza ilə bağlı paylaşım edərək, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yerli hökumətlərin hər cür yardımı göstərəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu