Hindistanda dəmir yolu körpüsünün uçması nəticəsində 17 nəfər ölüb


Hindistanın Mizoram əyalətinin Aizaul bölgəsində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində 17 nəfər həlak olub.


"ANI News"un xəbərinə görə, əyalət polisi verdiyi açıqlamada hadisənin Aizaul rayonundan təxminən 20 kilometr aralıda yerləşən Sayranq şəhərində baş verdiyini bildirib.

Açıqlamada tikintisi başa çatmamış dəmir yolu körpüsünün uçduğu və ilkin məlumatlara görə 17 nəfərin həyatını itirdiyi qeyd edilib.

Hadisə zamanı tikintidə 40-a yaxın işçinin olduğunu bildirən polis dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu