Malayziyada tikilməkdə olan binanın uçması nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb


Malayziyanın Penanq əyalətində tikilməkdə olan binanın uçması nəticəsində 3 fəhlə ölüb, 2 işçi isə ağır yaralanıb.



“The Straits Times” qəzetinin məlumatına görə, Penanq ştatında tikilməkdə olan bina uçub.

Vilayətin polis rəsmisi Muhammed Usuf Jan Məhəmməd verdiyi açıqlamada, təxminən 12 metr uzunluğunda və 14 ton ağırlığında bir tirin dağılaraq oradakı digər 14 tirin yıxıldığını söylədi.

Tikintidə Banqladeş vətəndaşı olan 18 işçinin olduğunu və ilkin məlumata görə, çökən binanın altında 9 işçinin qaldığını bildirən Məhəmməd, indiyə qədər 3 nəfərin öldüyü barədə məlumatı paylaşıb.

Ağır yaralanan 2 işçinin xəstəxanaya göndərildiyini bildirən Məhəmməd, 4 işçinin çökən binanın dağıntıları altında qaldığını təxmin etdiklərini və axtarış-xilasetmə işlərinin davam etdiyini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu