Hollandiyada tikilməkdə olan körpünün çökməsi nəticəsində 2 nəfər ölüb
Hollandiyada tikilməkdə olan körpünün uçması nəticəsində ən azı 2 işçinin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
Hollandiyanın şərqindəki Loxem şəhərində dəhşətli qəza baş verib. Dünən baş verən hadisədə tikilməkdə olan körpünün tağ hissəsi qoyularkən kəndirlərin qopduğu və körpünün bir hissəsinin dağıldığı bildirilib. Səlahiyyətlilərdən verilən açıqlamada qəza nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib. Hadisə yeri nəzarətə götürülüb, yaralılar xəstəxanaya çatdırılıb.
Xəsarət alanların həyati təhlükəsinin olmadığı və hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.
Lochem Bələdiyyə Başçısı Sebastiaan van't Erve açıqlamasında bu yolu 20 ildir çəkməyi planlaşdırdıqlarını və 5 ildir ki, tikintinin davam etdiyini qeyd edib.
Mer qəzanın səbəbi ilə bağlı hələlik heç bir dəlil olmadığını və araşdırmaların davam etdiyini bildirib.
Hollandiyanın baş naziri Mark Rutte açıqlamasında həyatını itirənlərin yaxınlarına başsağlığı verib.