Əfqanıstanda torpaq sürüşmələri və qar uçqunları nəticəsində azı 27 nəfər ölüb


Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağmasından sonra baş verən sürüşmə və uçqunlar nəticəsində azı 27 nəfər həyatını itirib.


Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik AA müxbirinə mövzu ilə bağlı açıqlama verib.

Saik Nuristan əyalətində gecə boyu yağan güclü qarın Nurqram rayonundakı Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olduğunu bildirib.

Təbii fəlakət nəticəsində çoxlu sayda evin uçqun və torpaq altında qaldığını deyəən Saik, axtarış-xilasetmə işlərinin davam etdiyini, indiyədək 25 nəfərin cəsədini tapdıqlarını, 8 nəfərin isə yaralandığını qeyd edib.

Digər tərəfdən, Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.

Əfqanıstanın mərkəzi və şimal hissələrinə təsir edən qar səbəbindən bir çox yaşayış məntəqələrinə çatmaq mümkün deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu