Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 30-a çatıb
Əfqanıstanın Meydan Vardak vilayətində baş verən daşqınlarda ölənlərin sayı 30-a çatıb.
Meydan Vardak vilayətinin Təbii Fəlakətlərlə Mübarizə Başçısı Feyzullah Celali mətbuata verdiyi açıqlamada, son 24 saat ərzində yağan həddindən artıq yağışın Celriz, Narah Çek və Çagatuy rayonlarında su basmasına səbəb olduğunu bildirib.
Sözügedən rayonlarda daşqınlar nəticəsində 30 nəfərin həyatını itirdiyini ifadə edən Celali çoxlu sayda insanın yaralandığını bildirib.
Taliban hökumətinin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin məlumatına görə, Meydan Vardakda baş verən daşqın nəticəsində 74 nəfər xəsarət alıb, 604 ev dağılıb.
Nazirlikdən verilən məlumata görə, son 4 ayda ölkə ərazisində baş verən daşqınlar nəticəsində 214 nəfər həyatını itirib, 320 nəfər isə yaralanıb.