ABŞ-da Ukrayna və İsrailə yardımla bağlı yeni büdcə böhranı proqnozlaşdırılır


ABŞ-ın İsrail və Ukraynaya paralel yardım göstərməsi noyabrda büdcə böhranına səbəb ola bilər.


Bu barədə Lenta.ru-ya Amerika ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen danışıb.

“Noyabrın ortalarında biz daha bir büdcə böhranı ilə üzləşəcəyik. Hazırda təkcə Ukraynaya deyil, İsrailə də yardım paketləri nəzərdən keçirilir. Və onların hamısı indi Nümayəndələr Palatasının sədrinin təyinatı ilə bağlı böhrana görə durğun vəziyyətdədir”, - deyə hərbi analitik bildirib.

O, həmçinin qeyd edib ki, Konqres hazırda yeni maliyyə yardımı paketlərinin ayrılması ilə bağlı heç bir məsələni həll etmir. Prioritet Kevin Makkarti vəzifəsindən kənarlaşdırıldıqdan sonra Nümayəndələr Palatasının yeni sədrinin təyin edilməsidir. Rasmussenin fikrincə, namizədin razılaşdırılması yalnız ABŞ-da iqtisadi vəziyyəti çətinləşdirəcək və xarici siyasət məsələlərinin həllini gecikdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu