UNRWA-nın 2025-ci ilin mart ayına qədər maliyyəsini kəsən müvəqqəti büdcə ABŞ Konqresindən keçdi


İsrailə yeni hərbi yardımı təsdiqləyən və Qəzzaya humanitar yardım göstərən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 2025-ci ilin mart ayına qədər maliyyələşdirilməsini dayandıran müvəqqəti büdcə qanun layihəsi Konqres tərəfindən qəbul edilib.



ABŞ Konqresinin Nümayəndələr Palatasının dünən qəbul etdiyi 1,2 trilyon dollarlıq qanun layihəsi gecə yarısından sonra Senatda qəbul edilərək Ağ Evə göndərilib.

ABŞ prezidenti Co Baydenin bu gün imzalaması gözlənilən aralıq büdcədə aclıq təhlükəsi olan Qəzzaya humanitar yardım göstərən ən mühüm təşkilat olan UNRWA-ya 1 il müddətində vəsait ayrılmayacağı nəzərdə tutulur.

Mətndə UNRWA-nın 2024-cü maliyyə ilinin sonu olan oktyabr ayına və 2025-ci maliyyə ilinin mart ayına qədər maliyyələşdirilməyəcəyi bildirilib.

Həm demokratların, həm də respublikaçıların səsləri ilə qəbul edilən və hökumətin bağlanmasının qarşısını alan müvəqqəti büdcədə İsrailə hərbi yardımlar artıraraq davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu