Bu gün şəhid olan hərbçilərimizin ADLARI VƏ FOTOLARI


Xəbər verdiyimiz kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.


Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımız Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

AFN.az şəhidlərimizin fotosunu təqdim edir:








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu