Bakıdakı "İran malları" mağazaları adını dəyişdi - FOTOLAR


Paytaxtda "İran malları" adı altında fəaliyyət göstərən mağazaların adları dəyişdirilib.


AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, son günlər İranla Azərbaycan arasında gərginliyin yüksəlməsi "İran malları" mağazalarına da "sirayət edib". Belə ki, bu ad altında fəaliyyət göstərən ticarət obyektləri "Cənubi Azərbaycan malları", "Güney Azərbaycan malları" adlandırılıb. Sosial şəbəkələrdə bu, həm marketinq, həm də qorxu ilə əlaqələndirilib. Bəzi istifadəçilər hətta bunu "gözdən pərdə asmaq" adlandırıblar.
Müxtəlif ünvanlarda fəaliyyət göstərən və adını dəyişən mağazaların fotoları da yayılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu