Şirvanın icra başçısının Suraxanıdakı obyekti 2,3 milyona satışa çıxarıldı - FOTOLAR


Suraxanının keçmiş, Şirvanın hazırkı icra başçısı İlqar Abbasov Suraxanıda 2 milyon 300 min manata obyekt satır.


AFN.az xəbər verir ki, bu barədə deputat Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov məlumat yayıb. O, bildirib ki, rayonda yerləşən "Mokka lounge&pub" Suraxanı rayonuna 14 il rəhbərlik etmiş icra başçısı İlqar Abbasova məxsusdur: "20 sotda tikilmiş obyekt bir müddət əvvəl satışa çıxarılıb. Obyektin satış qiyməti nə az nə çox 2 300 000 manat olaraq müəyyən edilib. Hazırda 10 000 manata aylıq icarədə olan obyekt İlqar Abbasovun Suraxanıdakı "nişanə"lərindən sadəcə biridir. Fikir verin, adam özü Şirvanda icra başçısı vəzifəsini tutsa da, Suraxanı rayonunun ərazisində bu və buna bənzər milyonluq obyektlərə sahibdir. Maraqlıdır, icra başçısı milyonluq ticarət obyektlərinə hansı yollarla sahib çıxıb? Suraxanı rayonunda İlqar Abbasova məxsus olduğu bildirilən digər obyektlər də var. Bununla bağlı araşdırmamız davam edir. Ən qısa müddətdə daha ətraflı paylaşım olacaq".

Qeyd edək ki, millət vəkili Etibar Əliyev Milli Məclisin sonuncu iclasında Suraxanı rayonunda böyük torpaq sahələrinin qanunsuz zəbt olunması və satılması barədə çıxış etmişdi.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu