Gədəbəydə müəllim və əri faciəvi şəkildə öldü


Gədəbəydə ər və arvad dəm qazından boğularaq ölüb.


Hadisə rayonun Moruqlu kəndində fərdi yaşayış evlərindən birində baş verib. Kənd sakinləri 64 yaşlı Oktay Əliyev və həyat yoldaşı 61 yaşlı Məryəm Məmmədovanın yaşadıqları evdə meyiti tapılıb.

Qeyd edək ki, hər iki şəxs Moruqlu kənd orta məktəbinin işçiləri olub. M.Məmmədova müəllimə, O.Əliyev isə texniki işçi kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu