Trampa qarşı ittihamların sayı artdı


Manhetten prokuroru Alvin Braqqın ofisi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 34 ittihamı yenidən cinayət kimi təsnif edib.


AFN.az xəbər verir ki, bu haqda istintaqın təfərrüatları ilə tanış olan mənbəyə istinadən "Yahoo News" məlumat yayıb. “Biznes qeydlərini saxtalaşdırmaq ittihamı Nyu York ştatında cinayət kimi mühakimə oluna bilər. Braqqın ofisi bütün ittihamları Nyu York Ştat Cinayət Məcəlləsində cinayətin ən aşağı səviyyəsini təmsil edən E sinfinə aid cinayətlərə aid edib. Rəsmi açıqlamalarda bildirilir ki, bu tədbir eks-prezidentin əməllərinin guya daha bir cinayəti gizlətmək məqsədi daşıdığı üçün atılıb.

Məqalədə qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin müddəalarına əsasən, biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı E sinfinə aid cinayət dörd ilədək həbs cəzası ilə nəticələnə bilər. Lakin "Yahoo News"un mənbəsinin sözlərinə görə, praktiki baxımdan belə bir ssenarinin olması ehtimalı azdır. "Heç kim ilk dəfə qanunu pozaraq buna görə həbsə düşmür" - deyə mənbə portala izah edib.

Tramp bir qədər əvvəl Nyu-York məhkəməsində 33 ittihamla üzləşəcəyini açıqlayıb. Eks-prezidentin vəkili Co Takopinin "RİA Novosti"yə müsahibəsində bildirib ki, bütün ittihamlar eyni işə əsaslanır.

Daha əvvəl media Trampa çərşənbə axşamı Nyu York məhkəməsində yeni bir cinayət ittihamı irəli sürüləcəyini bildirmişdi. Yeni iddianın müəllifinin Trampla olduğu iddia edilən münasibətə susduğuna görə külli miqdarda pul ödənildiyi bildirilən pornoqrafik aktrisa Stormi Daniels olduğu güman edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu