Trampa cinayət işi açılır


2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu araşdıran Nümayəndələr Palatasının Komitəsi keçmiş ABŞ-ın eks-prezidenti Donald Trampa dörd maddə üzrə ittiham irəli sürülməsini tövsiyə edir.


AFN.az-ın məlumtına görə, bu barədə “Reuters” agentliyi açıqlama yayıb. Komitə üzvlərinin fikrincə, Tramp qanuni prosesə mane olmaqda, federal hökuməti aldatmaq üçün sui-qəsddə, yalan bəyanatlar vermək məqsədilə sui-qəsddə və silahlı qiyamda ittiham edilməlidir.
Agentlik bildirir ki, ABŞ tarixində ilk dəfə olaraq xüsusi komitə keçmiş prezidentə qarşı cinayət təhqiqatının aparılmasını tövsiyə edir. Komitənin tövsiyəsi simvolik xarakter daşıyır və cinayət işinin başlanması ilə bağlı yekun qərarı ABŞ Ədliyyə Nazirliyi verəcək. 18 ay davam edən istintaq zamanı komitə mindən çox şahid dindirib və yüz minlərlə sənəd toplayıb.
Lakin yanvar ayından Respublikaçılar Nümayəndələr Palatasında çoxluğa sahib olacaqlar. Onların Demokrat Partiyasından yeddi və Respublikaçılardan isə iki konqresmenin təmsil olunduğu komitəni ləğv edəcəyi gözlənilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu