ABŞ-da Respublikaçılar Zukerberqi Konqresi təhqir etməkdə ittiham edirlər


ABŞ-da Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Respublikaçı Jim Jordan, "Meta"nın baş icraçı direktoru (CEO) Mark Zukerberqi texnoloji şirkətlərin senzuraya qarşı təhqiqatda onlara müvafiq sənədləri təqdim etmədiyinə görə Konqresi təhqir etməkdə ittiham etməyi planlaşdırır.


Jordan mühafizəkarlara qarşı senzura iddiası ilə komitənin başlatdığı araşdırma çərçivəsində Zukerberqin hələ də müvafiq sənədləri onlara təqdim etməməsi ilə bağlı açıqlama verib.

Zukerberqin fevral ayında göndərilən rəsmi tələbi qəsdən yerinə yetirmədiyini iddia edən Jordan komitənin cümə axşamı günü Zukerberqi “Konqresi təhqir etmək”də ittiham etmək üçün səsvermə keçirəcəyini bildirib.

Təşəbbüsün Respublikaçıların çoxluq təşkil etdiyi komitədən keçəcəyi gözlənilir. Buradan keçərsə, Nümayəndələr Palatasının Plenumunda da səsvermə keçirilməlidir.

Nümayəndələr Palatası Zukerberqi itaətsizlikdə təqsirli bilsə, iş həmin cinayətə görə mühakimə olunmaq üçün Ədliyyə Departamentinə gedəcək.

"Meta"nın Kommunikasiya Direktoru Andy Stone, şirkətin fevral ayından bəri Nümayəndələr Palatasına 50.000 səhifədən çox sənəd göndərdiyini açıqlayıb.

Yanvar ayında Respublikaçılar Nümayəndələr Palatasında səs çoxluğu qazanaraq vəzifəyə gəldikdən sonra Jordan "Meta" da daxil olmaqla 5 böyük texnologiya şirkətinin rəhbərlərinə bəyanatlar və sənədlər tələbi göndərib. O, seçki kampaniyasında "Big Tech" olaraq xarakterizə etdiyi sosial media şirkətlərinin hərəkətlərini araşdıracağına söz vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu